"Tərəflərin atəşkəs rejiminə əməl etməsini alqışlayırıq" - Dövlət Departamenti

Hazırda oxunan: "Tərəflərin atəşkəs rejiminə əməl etməsini alqışlayırıq" - Dövlət Departamenti

94099

Biz Azərbaycan və Ermənistan tərəflərinin atəşkəs rejiminə əməl etməsini alqışlayırıq. Tərəfləri sülh prosesində iştiraka çağırmağa davam edirik.

Bizim.Media xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays Azərbaycan və Ermənistan sərhədindəki vəziyyətlə bağlı brifinqdə suala cavab verərkən deyib.

O, bütün həll edilməmiş məsələlərin sülh danışıqları yolu ilə həllinə çağırış edib.
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ sərhəddə gərginliyin azalması üçün əlindən gələni etməyə hazırdır - Dövlət Departamenti 


“Biz tərəfləri hərbi əməliyyatları dayandırmağa, hərbi qüvvələrin çəkilməsinə və Ermənistanla Azərbaycan arasında bütün həll edilməmiş məsələlərin sülh danışıqları yolu ilə həllinə çalışmağa çağırırıq. Gücdən istifadə heç vaxt məqbul yol deyil və şadıq ki, Ermənistan və Azərbaycan arasında davam edən yüksək səviyyələrdə olan əlaqə tərəflərə atəşkəs əldə etməyə kömək etdi. Biz dayanıqlı sülhə nail olmaq üçün işləməyə və təşviq etməyə davam edirik. Yenə deyirəm, bunun hərbi yolla həlli ola bilməz”.

Ned Prays dövlət katibi Entoni Blinkenin və digər ABŞ diplomatlarının regionda vəziyyəti diqqətlə izlədiyini deyib.

“Baş məsləhətçimiz, səfir Riker regionda olub. O, indi Vyanada ATƏT-dəki tərəfdaşları ilə görüşür. Dövlət katibinin köməkçisi Donfrid bu ölkələrin xarici işlər nazirləri ilə əlaqə saxlayıb. Səfir Riker Prezident Əliyevlə də görüşdü. Dövlət katibi bir neçə gün əvvəl hər iki liderlə danışıb. Mən ümid edirəm ki, onun yenidən liderlərlə danışmaq imkanı olacaq. O, şəxsən bu məsələyə diqqət ayırır və bundan sonra da buna davam edəcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO