Moskva ad gününü qeyd edir - 868

Moskva ad gününü qeyd edir - 868

Hazırda oxunan: Moskva ad gününü qeyd edir - 868

93992
Moskva şəhərinin 868 illiyi qeyd edilir. Bayram tədbirləri Qızıl Meydanda başlanıb. Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedev və Moskvanın meri Sergey Sobyanin mərasimdə çıxış ediblər. 

Moderator.az-ın məlumatına görə, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu fəxri qonaqlar arasında olub.

Bayramın təşkilatçılarının moskvalılar və Rusiya paytaxtının qonaqları üçün hazırladıqları maraqlı proqrama dünya miqyaslı rok ulduzlarından ibarət “Aerosmit”x9d qrupunun çıxışı, müxtəlif tamaşalar, ustad dərsləri, sərgilər, velomarafon, festivallar, möhtəşəm atəşfəşanlıq daxildir.

Moskvanın küçələrində hava şarları paylanır. Bu şarların üzərinə hər kəs şəhərə ünvanlanmış arzularını yaza bilər. İlk yaylım atəşləri açılanda bu şarlar səmaya buraxılacaq.

Bayram tədbirləri möhtəşəm Moskvanın bütün dairələrində eyni vaxtda ”“ saat 22:30-da başlanacaq və atəşfəşanlıqla başa çatacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO