Xəstə yaxınlarına

Xəstə yaxınlarına "sakit olun" deyən mühafizəçi qətlə yetirildi - FOTO

Hazırda oxunan: Xəstə yaxınlarına "sakit olun" deyən mühafizəçi qətlə yetirildi - FOTO

93961

Türkiyədə dəhşətli hadisə qeydə alınıb. 

Bizim.Media “sondakika.com”a istinadən xəbər verir ki, İstanbulun Esenyurt rayonundakı Necmi Kadıoğlu Dövlət Xəstəxanası'da baş verən hadisədə yaxınlarının narahatçılığı səbəbilə təcili yardım şöbəsinə gələn insanlar arasında çaxmaşma düşüb.

Bu səbəblə mühafizəçi Toğrul Okudan xəstənin yaxınlarına “sakit olun” deyərək xəbərdarlıq edib. 

Xəbərdarlığa əsəbiləşən xəstə yaxını Çetin K. mühafizəçini boynundan bıçaqlayıb. T.Okudan həkimlərin müdaxilələrinə baxmayaraq, vəfat edib. Sözügedən şəxs polis əməkdaşları tərəfindən nəzarət altına alınıb. 
Qətlə yetirilən Toğrul Okudanın 1.5 ay öncə evləndiyi qeyd edilib. 

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO