Senatdakı demokrat çoxluğun lideri Çak Şumer ABŞ-ın keçmiş prezidenti Donald Trampın impiçmenti üzrə prosesin başlanğıc tarixini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” bildirib.
MÖVZU İLƏ BAĞLI:
Tramp ailə biznesinə qayıdır – Şirkətinin 300 milyon dollar borcu var
Onun sözlərinə görə, impiçment üzrə maddələr yanvarın 25-də, bazar ertəsi təqdim ediləcək.
Çak Şumer əlavə edib ki, bundan sonra ittiham və müdafiə tərəfi iki həftə ərzində Senatda qarşıdakı prosesə hazırlaşa və öz rəylərini xüsusi sənədlərdə rəsmiləşdirə biləcəklər.
Bizim.Media