ABŞ Milli Qvardiyasının yüzlərlə hərbçisi koronavirusa yoluxdu

ABŞ Milli Qvardiyasının yüzlərlə hərbçisi koronavirusa yoluxdu

Hazırda oxunan: ABŞ Milli Qvardiyasının yüzlərlə hərbçisi koronavirusa yoluxdu

9372

ABŞ-da andiçmə mərasimi ilə əlaqədar Kapitoliya binasının təhlükəsizliyinə cəlb edilmiş Milli Qvardiyanın yüzlərlə hərbi qulluqmusu koronavirusa yoluxub.

Bizim.Media xəbər verir ki, bu barədə yerli “Politico” portalı xəbər dərc edib.

Bildirilib ki, hazırda hərbçilər Vaşinqtondakı otellərdə karantinə alınıb.

Respublikaçı senatorun açıqlamasına görə, prezident Co Baydenin andiçmə mərasimi bitdikdən sonra minlərlə hərbi qulluqçu çox da böyük olmayan avtomobil parkına yerləşdirilib ki, bu da onların arasında koronavirusa yoluxma riski yaradıb.

Mənbəyə görə, hərbçilər mərasimlə bağlı xidmətlərini başa vurduqdan sonra Vaşinqtonu tərk etməzdən əvvəl COVID-19 sınağından keçməli idi.

Lakin paytaxta gələn hərbçilərin test edilmədiyi bildirilib. Sadəcə, onların temperaturu ölçülüb, xəstələrlə təmasda olub-olmadıqları soruşulub.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO