Ağır qəza: 2 nəfər öldü, 4 nəfər yaralandı - FOTO

Ağır qəza: 2 nəfər öldü, 4 nəfər yaralandı - FOTO

Hazırda oxunan: Ağır qəza: 2 nəfər öldü, 4 nəfər yaralandı - FOTO

9363

Tərtərdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın verdiyi məlumata görə, hadisə Bərdə-Tərtər yolunun Tərtərin Sarıcalı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"VAZ" və "Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində iki nəfər ölüb. Onlar "VAZ"ın sürücüsü, 1983-cü il təvəllüdlü Hüseynov Tehran Həsən oğlu və "Mercedes"də olan sərnişin Rəfiqə Kazımovadır. 

Qəza nəticəsində, həmçinin Abşeron rayon sakinləri - 1974-cü iç təvəllüdlü Qurbanov Nofəl Səttar oğlu və onun həyat yoldaşı, 1981-ci il təvəllüdlü Qurbanova Mənsurə Kazım qızı, Tərtər rayon sakinləri - 2000-ci il təvəllüdlü Baxşalıyev Elşən Qardaşxan oğlu və 1970-ci il təvəllüdlüKazımov İsa Sabir oğlu xəsarət alıblar. Onlar Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO