Ukraynada saxlanılan azərbaycanlı qazi, Vətən müharibəsinin iştirakçısı, Azərbaycan vətəndaşı Misir Qasımlı və Sübhan Quliyevin səhhətində problem yaranıb.
Bizim.Media xəbər verir ki, bu barədə report.az-a M.Qasımlının vəkili Aygül Rəfiyeva məlunat verib.
MÖVZU İLƏ BAĞLI:
Ukraynada həbsdə saxlanılan Azərbaycan vətəndaşları ilə bağlı səfirliyimizdən AÇIQLAMA - EKSKLÜZİV
O bildirib ki, hər iki şəxsin səhhəti Kiyevdə saxlanıldıqları istintaq təcridxanasında gün ərzində pisləşib və onlara təcili tibbi yardım çağırılıb: "Misir Qasımlı və Sübhan Quliyev həkim nəzarətinə götürülüb".
Qeyd edək ki, azərbaycanlılar Kiyevdə erməni əsilli İspaniya və Britaniya vətəndaşı olan iş adamının şikayəti əsasında saxlanılıb. Onlara qarşı adam oğurluğuna cəhd və soyğunçuluq maddələri ilə ittiham irəli sürülsə də, 1 ildən çoxdur ki, sübut olunmur. M.Qasımlı və S.Quliyev Ukraynada paytaxt Kiyevdə istintaq təcridxanasında saxlanılırlar.
Hazırda onların məhkəmə iclası davam edir. Hər iki şəxs sentyabrın 5-dən aclıq aksiyasına başlayıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
21:00 / 11.09.2022
Erməni iş adamının şikayəti əsasında Ukraynada saxlanılan azərbaycanlılardan XƏBƏR VAR
Hazırda oxunan: Erməni iş adamının şikayəti əsasında Ukraynada saxlanılan azərbaycanlılardan XƏBƏR VAR
Hazırda oxunan: Erməni iş adamının şikayəti əsasında Ukraynada saxlanılan azərbaycanlılardan XƏBƏR VAR
93247
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.