Rusiya qoşunları Donetsk istiqamətində yenidən qruplaşdırılır

Rusiya qoşunları Donetsk istiqamətində yenidən qruplaşdırılır

Hazırda oxunan: Rusiya qoşunları Donetsk istiqamətində yenidən qruplaşdırılır

93138

Rusiya qoşunları Balakleya və İzyumdan Donetsk istiqamətində qruplaşdırılıb.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.

“Donbasın azad edilməsi üzrə xüsusi hərbi əməliyyatın bəyan edilmiş məqsədlərinə nail olmaqdan ötrü Donetsk istiqamətində səyləri gücləndirmək üçün Balakleya və İzyum bölgələrində yerləşən Rusiya qoşunlarının yenidən qruplaşdırılması qərara alınıb”, - deyə açıqlamada bildirilib.

Əlavə olaraq qeyd olunub ki, bu əməliyyat zamanı Rusiya qoşunlarının real hərəkətlərini təyin etmək üçün bir sıra diqqəti yayındıran və nümayişkaranə tədbirlər həyata keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO