Bu marketdə müştərilər alış-verişə görə pul ödəmirlər – İsraildə SUPER YENİLİK

Bu marketdə müştərilər alış-verişə görə pul ödəmirlər – İsraildə SUPER YENİLİK

Hazırda oxunan: Bu marketdə müştərilər alış-verişə görə pul ödəmirlər – İsraildə SUPER YENİLİK

92880

Təl-Əvivdə alınan ərzaqlara görə ödəniş edilməyən supermarket açılıb.

Bizim.Media İsrail mediasına istinadən xəbər verir ki, “Şufersal” marketlər şəbəkəsinin ilk mağazası olan bu məkanda müştərilər alış-veriş üçün pul ödəmirlər. Belə ki, ödəniş avtomatik olaraq götürülür, alış-veriş qəbzi müştəriyə e-mail vasitəsilə göndərilir.

“Gələcəyin alış-verişi”adlanan bu xidmətdən yararlanmaq üçün müştəri “Şufersal” mobil tətbiqində qeydiyyatdan keçməlidir.

Proqram tərtibatçıları iddia edirlər ki, video müşahidə sayəsində üz cizgilərinin tanınması ilə çalışan texnologiya Aİ qanunvericiliyinə uyğun olaraq məxfiliyin pozulmasının qarşısını alan ciddi standartlara uyğun hazırlanıb.
Tel-Əvivin mərkəzi küçələrindən olan Mendele Moher Sfarim 7 ünvanında yerləşən “Şufersal” altı ay əvvəl Almaniyanın Utrext şəhərində avtomatik supermarket açan yerli texnologiya şirkəti “Trigo” ilə əməkdaşlıq edib.

Xatırladaq ki, bu cür texnologiyaları tətbiq edən ilk şirkət Amazon olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO