Böyük Britaniya Kraliçası II Elizabet VƏFAT ETDİ - FOTO/VİDEO

Böyük Britaniya Kraliçası II Elizabet VƏFAT ETDİ - FOTO/VİDEO

Hazırda oxunan: Böyük Britaniya Kraliçası II Elizabet VƏFAT ETDİ - FOTO/VİDEO

92830

Böyük Britaniya Kraliçası II Elizabet bu gün 96 yaşında Şotlandiyadakı Balmoral qəsrində vəfat edib.  

Bizim.Media BBC-yə istinadən xəbər verir ki, Bukinqem sarayı onun ölümü ilə bağlı rəsmi məlumat yayıb.

Kraliçanın övladı və nəvəsi Şahzadə Uilyam onunla vidalaşmaq üçün Balmoral qəsrinə gəliblər.

Qeyd edək ki, o, Böyük Britaniya taxtında olduğu 70 ildə planetin ən məşhur qadını olub. lI Elizabet 15 keçmiş ingilis koloniyasını əhatə edən Birlik Kraliçası adını daşıyıb..  
Kraliçanın ölümündən sonra böyük oğlu Çarlz yeni monarx olacaq. Ənənəyə görə, yeni monarxın tacqoyma mərasimi taxta çıxdıqdan 1 il sonra baş verir.  

II Elizabet 1952-ci il fevralın 9-da taxta oturub. O, 14 müstəqil dövlətin - Avstraliya, Antiqua və Barbuda, Baham adaları, Beliz, Qrenada, Kanada, Yeni Zelandiya, Papua Yeni Qvineya, Sent-Vinsent və Qrenadin, Sent-Kits və Nevis, Sent-Lüsiya, Solomon adaları, Tuvalu, Yamaykanın monarxı olub.

Elizabet 1926-ci il aprelin 21-də York hersoqu və hersoginyasının (sonradan Kral VI Corc və Kraliça Konsorti Elizabet) ailəsində anadan olub. Onun atası 1936-cı ildə qardaşı Kral VIII Eduard taxtdan imtina etdikdən sonra taxta çıxıb. Beləliklə, II Elizabet də onun varisinə çevrilib..
1947-ci ildə şahzadə Elizabet toydan bir gün öncə Edinburq hersoqu titulunu alan leytenant Filipp Mountbattenlə ailə qurub. Onların dörd övladı var: Uels şahzadəsi, vəliəhd Çarlz, şahzadə Anna, York hersoqu şahzadə Endrü və Uesseks qrafı şahzadə Edvard.

Rəşad Əliyev, Bizim.Media



 


 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO