Ərdoğan Yunanıstana görə rəsmiləri bir araya toplayacaq

Ərdoğan Yunanıstana görə rəsmiləri bir araya toplayacaq

Hazırda oxunan: Ərdoğan Yunanıstana görə rəsmiləri bir araya toplayacaq

92022

Türkiyə hökuməti prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bazar ertəsi, sentyabrın 5-də keçiriləcək iclasda son günlər iki ölkə arasında gərginliyin artması ilə əlaqədar Yunanıstana qarşı mümkün tədbirləri nəzərdən keçirəcək.

Bizim.Media xəbər verir ki, bu barədə “TRT” kanalı məlumat yayıb.

Kanal hərbi mənbələrə istinadən xəbər verir ki, ilin əvvəlindən Yunanıstan Hərbi Hava Qüvvələri tərəfindən Türkiyə hərbi təyyarələrini ələ keçirmək cəhdi və 1123 təqib faktı qeydə alınıb.

Qeyd olunub ki, 14 halda türk qırıcıları Ankarada düşmən hərəkətləri kimi qəbul edilən hava hücumundan müdafiə sistemləri tərəfindən radarlara düşüb.

Xatırladaq ki, Türkiyə Prezidenti Yunanıstanı Ankaraya qarşı gərginlik siyasətindən əl çəkməyə çağırıb, qonşu ölkəyə bunun üçün mümkün mənfi nəticələr barədə xəbərdarlıq edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO