Türkiyə Pakistana yardım göndərdi - FOTO

Türkiyə Pakistana yardım göndərdi - FOTO

Hazırda oxunan: Türkiyə Pakistana yardım göndərdi - FOTO

90808

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə Türkiyədən Pakistana yardım vasitələri göndərilib.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Məlumatda deyilir:

“Güclü musson yağışlarının yaratdığı sel fəlakətində zərər görmüş pakistanlı qardaşlarımıza çatdırılacaq yardım vasitələrini aparan iki təyyarəmiz Ankaranın Etimesgut hava limanından hərəkət edib. Baş vermiş təbii fəlakət nəticəsində ölənlərin ailələrinə başsağlığı verir, yaralananlara şəfa diləyirik”.

Qeyd edək ki, Türkiyədən Pakistana yardım vasitələrinin göndərilməsi Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) koordinasiyası ilə baş tutub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO