Bu gün ABŞ və Ukrayna prezidentləri Co Bayden ilə Volodimir Zelenski arasında telefon danışığı olub.
Bizim.Media xəbər verir ki, bu barədə V.Zelenski "Twitter" hesabında paylaşım edib.
"ABŞ-ın Ukrayna xalqına təhlükəsizlik və maliyyə sahəsində sarsılmaz dəstəyinə görə təşəkkür edirik. Biz Ukraynanın təcavüzkarı məğlub etmək istiqamətində növbəti addımlarını və Rusiyanın hərbi cinayətlərə görə məsuliyyət daşımasının vacibliyini müzakirə etdik", - V.Zelenski yazıb.
Qeyd edək ki, prezidentlər arasında sonuncu telefon danışığı iyunun 15-də olub.
Bizim.Media
- A-
- A
- A+
Dünya
21:29 / 25.08.2022
Bayden Zelenski ilə telefonla danışdı: Bu məsələlər müzakirə edildi - FOTO
Hazırda oxunan: Bayden Zelenski ilə telefonla danışdı: Bu məsələlər müzakirə edildi - FOTO
Hazırda oxunan: Bayden Zelenski ilə telefonla danışdı: Bu məsələlər müzakirə edildi - FOTO
90472
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.