Moskva və Kiyev Zaporojye AES ilə bağlı razılığa gəldi

Moskva və Kiyev Zaporojye AES ilə bağlı razılığa gəldi

Hazırda oxunan: Moskva və Kiyev Zaporojye AES ilə bağlı razılığa gəldi

90413

Moskva və Kiyev Zaporojye Atom Elektrik Stansiyası (AES) ilə bağlı razılığa gəlib.

Bizim.Media “gazeta.ru”ya istinadən xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəhbəri Rafael Qrossi bildirib.

Onun sözlərinə görə, Zaporojye AES-ə çıxışla bağlı razılaşma yaxındır: "Moskva və Kiyev yaxın günlərdə oraya missiya göndərilməsinin zəruriliyi ilə bağlı razılığa gəliblər".

Qrossi onu da bildirib k, AEBA öz vəzifəsini Zaporojye AES-dəki insidentlərin qarşısını almaqda görür.

O qeyd edib ki, Zaporojye AES-in demilitarizasiyası məsələsi AEBA missiyasının gündəliyində deyil və siyasi danışıqlarda həll edilməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO