Türkiyə Finlandiya və İsveçə terrorçuların yeni siyahısını verəcək

Türkiyə Finlandiya və İsveçə terrorçuların yeni siyahısını verəcək

Hazırda oxunan: Türkiyə Finlandiya və İsveçə terrorçuların yeni siyahısını verəcək

90333

Türkiyə hakimiyyəti Finlandiya və İsveçə terrorda ittiham olunan şəxslərin yeni ekstradisiya siyahısını verəcək.

Bizim.Media “Yeni Şafak” nəşrinə istinadən xəbər verir ki, avqustun 26-da Finlandiya ərazisində Helsinki və Stokholmun NATO-ya daxil olması mövzusunda məsləhətləşmələr keçiriləcək.

Bu, alyansın sammitində imzalanmış üçtərəfli memorandum çərçivəsində yaradılmış Birgə Daimi Mexanizmin iclasıdır.
Qeyd olunur ki, Türkiyə tərəfdən nümayəndə heyətinə prezidentin mətbuat katibi İbrahim Kalın və ölkənin xarici işlər nazirinin müavini Sedat Önal rəhbərlik edəcək. 

Nəşr yazır ki, Ankara hələ yerinə yetirilməmiş 10 bənd üzrə öhdəliklərini bu ölkələrə xatırladacaq:

“Eyni zamanda terrorçuların siyahısı genişləndirilib, bura Türkiyənin daha əvvəl ekstradisiyasını tələb etdiyi vətəndaşların adları da əlavə edilib”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO