Görüntüləri sızan baş nazir izdiham qarşısında ağlayaraq üzr istədi - FOTO

Görüntüləri sızan baş nazir izdiham qarşısında ağlayaraq üzr istədi - FOTO

Hazırda oxunan: Görüntüləri sızan baş nazir izdiham qarşısında ağlayaraq üzr istədi - FOTO

90330

Gecə klubunda dostları ilə əyləndiyi anların görüntüləri sosial mediaya sızan Finlandiya baş naziri Sanna Marin baş verənlərlə bağlı üzr istəyib. 

Bizim.Media xəbər verir ki, bazar günü Lathi bölgəsində keçirilən tədbirdə izdiham qarşısında çıxış edən Marin göz yaşlarını saxlaya bilməyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Finlandiya Baş nazirinin gecə klubundan görüntüləri YAYILDI - VİDEO


Belə ki, klubda bir kişi və bir qadınla ayrı-ayrılıqda qucaqlaşdıqları görüntülərə görə təndiq olunan Marin bu dəfə iqamətgahında çəkilən fotolara görə yenidən gündəmə düşdüyü üçün təəssüfləndiyini bildirib. 

"Mənim üçün o şəkil uyğun deyildi, buna görə üzr istəyirəm. O foto heç çəkilməməli idi, amma digər tərəfdən həmin axşam əhəmiyyətli bir şey olmadı. Mənim üçün bu, bir az qəribə və qarışıqdır. Bu vəziyyətdə nə deyəcəyini seçmək o qədər də asan deyil. Əxlaqçı olmaq mənim işim deyil. Fotonu gördüyüm zaman isə ofisin divarından tanıdım” – deyə 36 yaşlı baş nazir qeyd edib. 

Onun sözlərinə görə, bu ölkənin liderliyə ehtiyacı var: 

“Biz indi başa düşülən şəkildə çox emosiyaya səbəb olan bir mövzunu müzakirə edirik, lakin düşünürəm ki, işə başlamalıyıq və vaxtımızı böyük məsələlərin həllinə ayırmalıyıq”. 

Qeyd edək ki, gecə həyatına düşkün olduğu üçün tənqid hədəfinə çevrilən Finlandiya baş naziri sosial mediada yayılan əyləncə görüntüləri ilə bir müddətdir gündəm olub. Daha sonra isə Marinin iki dostunun yarıçılpaq şəkildə öpüşdüyü fotoları yenidən ölkədə qarışıqlıq yaradıb. 

Görüntünün Marinin hökumətin rəsmi açıqlamalarını verdiyi iş yerində çəkildiyi məlum olduqdan sonra baş nazir üzr istəməyə məcbur olub. 

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO