Britaniyanın müdafiə naziri: “Rus qoşunları irəliləməkdə çətinlik çəkir”

Britaniyanın müdafiə naziri: “Rus qoşunları irəliləməkdə çətinlik çəkir”

Hazırda oxunan: Britaniyanın müdafiə naziri: “Rus qoşunları irəliləməkdə çətinlik çəkir”

90221

“Hazırda Rusiya çox həssas vəziyyətdədir”.

Bizim.Media xəbər verir ki, bu fikri Böyük Britaniyanın müdafiə naziri Ben Uolles “BBC 4” radiosunda yayımlanan “Today” proqramında səsləndirib.

"Bu səhər kəşfiyyat xidmətimizin rəhbərləri ilə danışdım, həftə ərzində rus qoşunlarının irəliləyişini kilometrlərlə deyil, metrlərlə ölçmək olar", - britaniyalı nazir bildirib.

O deyib ki, Rusiya qoşunları bu gün irəliləməkdə çətinlik çəkir:

“Ancaq altı ay əvvəl elan etmişdilər ki, əməliyyat üç gün davam edəcək”.

“Müşahidələrimizə əsasən, ölənləri, yaralıları və fərariləri nəzərə alsaq, Rusiyanın itkiləri 80 mindən çoxdur. On il ərzində Əfqanıstanda itirdikləri 15 000 əsgərlə müqayisədə, Ukraynada altı ayda bu rəqəm 80 mindir”, - müdafiə naziri vurğulayıb.

“Ukrayna hələ də Rusiyanın nəzarətində olan əraziləri qaytarmağa qadirdirmi?”  sualına nazir belə cavab verib: 

“Hesab edirəm ki, Ukrayna buna tədricən yaxınlaşır. İlk növbədə müdafiə sahəsində həvəs göstərir. Ukrayna Silahlı Qüvvələrinin əhval-ruhiyyəsi Rusiya hərbçilərinin əhval-ruhiyyəsindən qat-qat yüksəkdir”, deyə o yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO