Paşinyan Putinlə Qarabağ ətrafındakı vəziyyəti müzakirə etdi

Paşinyan Putinlə Qarabağ ətrafındakı vəziyyəti müzakirə etdi

Hazırda oxunan: Paşinyan Putinlə Qarabağ ətrafındakı vəziyyəti müzakirə etdi

90163

Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Kremlin mətbuat xidməti yayıb.

Söhbət Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.

"Qarabağ ətrafındakı vəziyyət müzakirə edilib. Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin ardıcıl icrasının vacibliyi təsdiqlənib", - məlumatda bildirilib.

Tərəflər regionda sabitliyin təmin edilməsində Rusiya sülhməramlı kontingentinin rolunu vurğulayıblar.

Bundan başqa, Paşinyan və Putin Ermənistan və Rusiya arasında strateji tərəfdaşlıq və müttəfiqliyin gələcək inkişafı üçün bəzi aktual məsələləri müzakirə ediblər.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO