Duqin:

Duqin: "Qızım qələbə adı ilə yaşadı, qələbə naminə öldü" – VİDEO

Hazırda oxunan: Duqin: "Qızım qələbə adı ilə yaşadı, qələbə naminə öldü" – VİDEO

89968

Rusiyalı filosof Aleksandr Duqin qətlə yetirilən qızı Daryanın vida mərasimində çıxış edib.

Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər rus mətbuatında yer alıb.

Onun sözlərinə görə, qızı “xalq üçün, Rusiya üçün və Qələbə uğrunda həlak olub”.

Siyasətçi çıxışı zamanı göz yaşlarını saxlaya bilməyib.

"Bağışlayın, danışa bilmirəm. Mən sizə, bütün xalqımıza, bu haqda yazan və danışan hər kəsə minnətdaram" deyə Duqin titrək səslə bildirib.

Gücünü toplayan və ürəyi sıxılan ata sözünə belə davam edib:

“O, cəbhədə deyil, burada öldü. O, qələbə adı ilə yaşadı və qələbə naminə öldü".

Xatırladaq ki, Darya Duqina 2022-ci il avqustun 20-də axşam dünyasını dəyişib. “Ənənə” ədəbi-musiqi festivalından qayıdarkən "Toyota Land Cruiser Prado"da partlayıcı qurğu işə düşüb. 29 yaşlı qız həmin an dünyasını dəyişib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO