Rusiyanın Ukraynada xüsusi əməliyyatı başlamazdan əvvəl Almaniya kansleri Olaf Şolz Rusiya prezidenti Vladimir Putinə Ukraynanın ən azı 30 il NATO-ya qəbul edilməyəcəyinə söz verib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Die Welt” nəşri əldə edib.
MÖVZU İLƏ BAĞLI:
Putin Şolzu inandırmağa çalışıb: “Ukrayna və Belarus müstəqil dövlət olmamalıdır”
Mənbə yazır ki, Şolz Putini Ukraynanın NATO-ya qəbulunun yaxın 30 ildə baş verməyəcəyinə inandırıb.
Ehtimallara görə, bu, kanslerin fevralın ortalarında Moskvaya səfəri zamanı olub.
Almaniya hökumətinin rəhbəri Rusiya prezidentinə Şimali Atlantika Alyansının heç vaxt Moskva üçün təhlükə yaratmadığını da bildirib.
“Die Welt” Şolzun “Putinlə dialoqu dayandırmayacağam” sözlərini də misal gətirib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
23:40 / 21.08.2022
Şolz Putinə söz verib: “Ukrayna 30 il NATO-ya qəbul olunmayacaq”
Hazırda oxunan: Şolz Putinə söz verib: “Ukrayna 30 il NATO-ya qəbul olunmayacaq”
Hazırda oxunan: Şolz Putinə söz verib: “Ukrayna 30 il NATO-ya qəbul olunmayacaq”
89719
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.