Ermənistan Türkiyəyə başsağlığı verdi - FOTO

Ermənistan Türkiyəyə başsağlığı verdi - FOTO

Hazırda oxunan: Ermənistan Türkiyəyə başsağlığı verdi - FOTO

89698

Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə rəsmi İrəvanın xüsusi nümayəndəsi Ruben Rubinyan türkiyəli həmkarı Serdar Kılıça başsağlığı verib.

Bizim.Media xəbər verir ki, bu haqda o, özünün Tvitter səhifəsində yazıb.

Başsağlığı Türkiyədə baş verən böyük qəzalarla bağlı olub.

“Qaziantep və Mardində baş vermiş yol qəzaları nəticəsində həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralıların tezliklə sağalması istəyirəm”, deyə o, qeyd edib.

Xatırladaq ki, qəza nəticəsində ölənlərin sayı 20-yə yüksəlib. Ölənlərdən biri polis əməkdaşıdır. Yaralılardan 26-sının müalicəsi davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO