“Qarşılıqlı səfir təyin edilməsi Türkiyə-İsrail münasibətlərində mühüm addımdır” - Ərdoğan 

“Qarşılıqlı səfir təyin edilməsi Türkiyə-İsrail münasibətlərində mühüm addımdır” - Ərdoğan 

Hazırda oxunan: “Qarşılıqlı səfir təyin edilməsi Türkiyə-İsrail münasibətlərində mühüm addımdır” - Ərdoğan 

89446

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla israilli həmkarı İsaak Hersoq arasında telefon danışığı olub. 

Bizim.Media “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə prezidentin Kommunikasiyalar İdarəsindən bildirilib. 

Məlumata görə, görüşdə Türkiyə-İsrail münasibətləri və regional məsələlər müzakirə edilib.

Prezident Ərdoğan qarşılıqlı olaraq səfir təyin edilməsi qərarını Türkiyə-İsrail münasibətlərinin müsbət inkişafı istiqamətində mühüm addım hesab etdiyini vurğulayıb. 

Səfirlərin təyin olunmasının münasibətlərə yeni təkan verəcəyini bildirən R.T.Ərdoğan qarşılıqlı hörmət əsasında əməkdaşlıq və dialoqun inkişaf etdirilməsinin tərəfdarı olduqlarını qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO