Tramp inauqurasiya ənənəsini pozdu - Vaşinqtondan səhər erkən saatlarında uçacaq

Tramp inauqurasiya ənənəsini pozdu - Vaşinqtondan səhər erkən saatlarında uçacaq

Hazırda oxunan: Tramp inauqurasiya ənənəsini pozdu - Vaşinqtondan səhər erkən saatlarında uçacaq

8942

ABŞ prezidenti Donald Tramp Vaşinqtonu yeni seçilən dövlət başçısı Co Baydenin andiçmə günü yanvarın 20-də səhər tezdən tərk edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Yeni York Post nəşri yayıb.

Tramp Vaşinqtonun yaxınlığında yerləşən Merilend şəhərindəki Endrüs hərbi hava bazasında tərəfdarları və keçmiş əməkdaşları ilə vidalaşıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ağ Evə əlvida - Tramp əşyalarını toplayır


Vida mərasiminə dəvət olunanlar səhər saat 7.15-də təyin edilən məkanda  olmalıdırlar.

Beləliklə, indiki dövlət başçısı öz varisinin əsrlərdən bəri davam edən andiçmə ənənəsini pozacaq.

O, Ağ Evi tərk edərək Florida ştatında Mar-A-Laqo iqamətgahına səhər saat 8.00 radələrində uçacaq.

Daha əvvəl Tramp seçkilərin oğurlandığını düşündüyü üçün Baydenin inauqurasiyasında iştirak etməyəcəyini söyləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO