BMT-nin Baş katibi Ukraynaya sülh təklifi ilə gəlib – Türkiyə Prezidenti Lvovda Zelenskini razı sala biləcəkmi?

BMT-nin Baş katibi Ukraynaya sülh təklifi ilə gəlib – Türkiyə Prezidenti Lvovda Zelenskini razı sala biləcəkmi?

Hazırda oxunan: BMT-nin Baş katibi Ukraynaya sülh təklifi ilə gəlib – Türkiyə Prezidenti Lvovda Zelenskini razı sala biləcəkmi?

89266

Ukrayna taxılının Qara dənizdən çıxmaqla dünya ölkələrinə daşınmasına Türkiyə Prezidenti Rəcərb Tayyib Ərdoğanla birlikdə nail olan BMT Baş katibi Antonio Quterreş Ukraynaya gəlib.

Artıq o, Lvovdadır. Bu gün Ukrayna Prezidenti Volodimir Zelenski və Ərdoğanla görüşləri gözlənilir.

Digər tərəfədn, bu arada Ukrayna Kəşfiyyat İdarəsi məlumat yayıb ki, müharibə iki aylıq ən ciddi fazaya daxil olacaq.

Bizim.Media-ya açıqlamasında bu məsələlərə aydınlıq gətirən sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun fikrincə, BMT Baş katibinin bu səfəri Ukrayna rəhbərini müvəqqəti atəşkəsə getməyə razı salmaqdır:
 


MÖVZU İLƏ BAĞLI:

Ərdoğan Ukraynada səfərdədir

 


“Ukrayna məsələsi ətrafında iki mövqe mövcuddur. Onlardan biri müvəqqəti də olsa atəşkəs rejiminin bərqərar olması və ondan sonra danışıqların nisbi sülh şəraitində davam etdirilməsidir. İkinci konsepsiya isə müharibənin davam etdirilməsilə bağlıdır.

Ukrayna və Qərbin siyasi elitasının mövqeyi odur ki, Rusiya məğlub olsun. Ərdoğan və Quterreş dediyim birinci konsepsiyanın tərəfdarıdırlar. Onların mövqeyi odur ki, indiki halda Rusiyanın hərbi məğlubiyyəti mümkün deyil.

Ona görə dağıntıları dayandırmaq üçün müvəqqəti də olsa atəşkəsə gedilməlidir. Fikrimcə, Quterreşin Ukraynaya səfəri və burada Zelenski və Ərdoğanla görüşünün əsas məqsədi də məhz budur.

Bir neçə ay öncə Fransa, Almaniya və İtaliya dövlət başçıları da məhz həmin məqsədlə Kiyevə səfər etmişdilər. Amma Zelenski həmin təklifi dəstəkləməyib. Quterreşin gəlişi fonunda həmin təklifin qəbul olunub-olunmayacağı isə hələlik bilinmir”.

Ukrayna kəşfiyyatının müharibənin iki aylıq daha ciddi fazaya daxil olacağı barədə açıqlamasına gəldikdə, ekspertin fikrincə bu, hərbi əməliyyatların və dağıntıların intensivliyinin artacağı deməkdir:

“Başa düşməliyik ki, həm Rusiya, həm də Qərblə Kiyev öz marağına uyğun təbliğat aparır. Ona görə də burada həqiqəti axtarmaq çətindir. Görünür yaxın iki ayda silahların daha güclü növlərindən istifadə halları daha da artacaq. Artıq Ukrayna tərəfi daha uzaq mənzilli raketlərdən istifadə edərək, Krımı belə vurur. Əminəm ki, Moskva da ona cavab olaraq Ukraynaya hansısa raket zərbələri endirəcək”.

Rüfət Sultan, Bizim.media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO