Ölkədə bu geyimlərə QADAĞA

Ölkədə bu geyimlərə QADAĞA

Hazırda oxunan: Ölkədə bu geyimlərə QADAĞA

89220

“Polis harda qeyri-ənənəvi geyimlərin paylanmasını və satışını müşahidə edərsə, onları yığışdıracaq”.

Bizim.Media “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, bu barədə Tehran şəhər Polis İdarəsinin rəisi Həsən Rəhimi jurnalistlərə açıqlamasında bildirib.

“İslam qaydalarına əməl etməyən geyim mağazaları cəzalandırılacaq. Cırıq şalvar və bədəni aşkar edən geyimlər də daxil olmaqla İran və İslam mədəniyyətinə zidd olan qeyri-ənənəvi geyimlərin qarşısı qətiyyətlə alınacaq” –deyə Rəhimi qeyd edib.

Onun sözlərinə görə, hazırda bu məsələ ticarət mərkəzlərinə nəzarət polisi tərəfindən diqqətdə saxlanılır, bunu edənlər ciddi şəkildə cəzalandırılacaq və bütün qeyri-ənənəvi geyim və aksesuarlar yığışdırılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO