Ərdoğan Ukraynaya getdi

Ərdoğan Ukraynaya getdi

Hazırda oxunan: Ərdoğan Ukraynaya getdi

89188

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya rəsmi səfərə yola düşüb. Burada onun ukraynalı həmkarı Volodimir Zelenski və BMT-nin baş katibi Antonio Quterreşlə görüşü planlaşdırılır.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Türkiyə Prezidentinin Kommunikasiya Departamenti yayıb.

Mənbə yazır ki, Ərdoğan Zelenski ilə görüşdə  “strateji tərəfdaşlıq səviyyəsində Türkiyə-Ukrayna münasibətlərinin bütün aspektlərini” müzakirə edəcək.
Həmçinin Lvovda Ukrayna Prezidenti V. Zelenskinin və BMT-nin baş katibi A.Quterreşin iştirakı ilə üçtərəfli görüşün keçirilməsi nəzərdə tutulub.

Bu görüşdə Ukraynada müharibəyə son qoymaq üçün atıla biləcək addımlar və Ukrayna taxılının dünya bazarlarına çıxarılması üçün yaradılmış mexanizmin aktivləşdirilməsi müzakirə predmeti olacaq.

Ərdoğanın olduğu təyyarə Ankaradan havaya qalxıb. TRT-nin məlumatına görə, Türkiyə liderinin təyyarəsi Polşaya çatacaq, oradan Ərdoğan quru nəqliyyatı ilə Lvova çatacaq. Ankaradan Polşaya uçuş təxminən iki saat çəkəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO