Çinin şərq və şimal bölgələrində anomal isti hava höküm sürür.
Bizim.Media xəbər verir ki, quraq hava Avrasiya materikinin ən sulu və uzun çayı Yantsızıda suyun səviyyəsini aşağı salıb.
Çayda 157 ilin ən aşağı su səviyyəsi qeydə alınıb.
Çində müəyyən nöqtələrdə çayların vəziyyətinin izlənildiyi və müntəzəm su səviyyəsinin ölçüldüyü stansiyalarda istilərlə əlaqədar artan su probleminə diqqət çəkilib.
“Science and Technology Diary”nın xəbərinə görə, çayın Hubey əyalətinin mərkəzi olan Uhan şəhərindən keçən hissəsində suyun səviyyəsi 17,54 metr enib.
Bundan əlavə, Yantsızı çayının suları ilə qidalanan ən böyük iki şirin su gölünün dərinliyi də 1951-ci ildən bəri ən aşağı səviyyəyə düşüb.
Həddindən artıq istilər səbəbindən digər çaylar və su hövzələri də quruyur. Anhui əyalətində Huaining çayı quruduğu üçün qonşu səkkiz əyalətdə su qıtlığı yaşanıb.
Təxminən 276 min insan 7 çay və su hövzəsinin qurumasından zərər çəkib. (Lent.az)
Bizim.Media
- A-
- A
- A+
Dünya
03:21 / 17.08.2022
Dünyanın ən uzun çaylarından biri quruyur
Hazırda oxunan: Dünyanın ən uzun çaylarından biri quruyur
Hazırda oxunan: Dünyanın ən uzun çaylarından biri quruyur
88957
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.