Conson yaşadığı evdən əşyalarını daşımağa başladı

Conson yaşadığı evdən əşyalarını daşımağa başladı

Hazırda oxunan: Conson yaşadığı evdən əşyalarını daşımağa başladı

88917

Britaniyanın baş naziri və həyat yoldaşı Kerri iki övladı ilə birlikdə Londonun cənubundakı Dauliç rayonuna köçməyi düşünür. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “The Evening Standard” nəşri yayıb.

Mənbə yazır ki, bazar ertəsi avqustun 15-də Dauninq küçəsində ev əşyalarını daşımaq üçün furqonlar görünüb. İngilis mediasına görə, Boris Conson ailəsi ilə birlikdə köçməyə başlayıb. 

“İndi onların Uilfred və Romi adlı övladları olduğuna görə, böyük bağı olan bir evə ehtiyacları var. Dauliç təklif olunan məkan hesab edilir”, - mənbə The Sun-a bildirib.

Rightmove” saytına görə, bu ərazidə evin orta qiyməti 1,8 milyon funt sterlinqdən bir qədər çoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO