Rusiyalı yazıçı prezident olmaq istəyir

Rusiyalı yazıçı prezident olmaq istəyir

Hazırda oxunan: Rusiyalı yazıçı prezident olmaq istəyir

88629

“Ədalətli Rusiya – Vətənpərvərlər – Həqiqət naminə” partiyasının həmsədri, yazıçı Zaxar Prilepin növbəti prezident seçkilərində iştirak etmək niyyətindədir.

Bizim.Media xəbər verir ki, bu barədə “Vedomosti”yə “Ədalətli Rusiya”dakı mənbə və prezident administrasiyasına yaxın şəxs bildirib. 

Qeyd edilir ki, bunun üçün o, partiyadan ayrı qərargah strukturu qurur və regionlarda fəallıq göstərir.

Mənbələr vurğulayıblar ki, Prilepinin partiyadan seçkiyə getmək istəyi məntiqli görünsə də, prezident administrasiyasında bu, pis qarşılanıb.

Nəşrin prezident administrasiyasına yaxın həmsöhbəti aydınlaşdırıb ki, Prilepinin prezidentlik kampaniyasında ideoloji yeri müzakirə olunur. Namizədliyin mümkünlüyü ilə bağlı suala yazıçının özü birbaşa cavab verməyib.

Siyasi məsləhətçi Valentin Bianki hesab edir ki, Prilepin daha çox subyektivliyə can atır:
“Lakin seçkilər haqqında danışmaq hələ tezdir, çünki hakimiyyət “səslərin toplanmasına” imkan verməyəcək”.

Politoloq Mixail Vinoqradov da öz növbəsində qeyd edir ki, Prilepin kifayət qədər görkəmli fiqurdur.

Yazıçı bundan əvvəl Rusiya qubernatorlarını və merlərini təşəbbüskarlıq göstərmədiklərinə görə tənqid etmişdi. Nümunə kimi o, Kazandakı vəziyyəti göstərib, orada Ukraynada xüsusi əməliyyat zamanı həlak olan Kazan Tank Məktəbinin məzunu Dəmir İslamovun şərəfinə divar rəsmi açılıb. Prilepin digər bölgələri Kazandan nümunə götürməyə çağırıb, lakin heç bir qubernator və ya mer Kazan hakimiyyətinin təşəbbüsünü dəstəkləməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO