Çeçenistan rəhbəri Ramzan Kadırov Çeçenistanda təlim keçmiş rusiyalı könüllülərdən ibarət yeni bölmənin Ukraynaya göndərildiyini bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə o, Telegram kanalında yazıb.
“Bu igid gənclər Vətəni qorumağa, çoxmillətli cəmiyyətimizin mənafeyini müdafiə etməyə, fədakarlıqla döyüşə hazırdırlar. Onlar qazanc və ya şöhrət naminə deyil, qardaş xalqın azadlığı naminə bu qəhrəmanlıq yoluna qədəm qoyublar”, - deyə Kadırov qeyd edib.
Onun sözlərinə görə, könüllülər Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetində təlim keçiblər.
Bizim.Media