İstanbulda terror aktı törətmək istəyənlər HƏBS EDİLDİ

İstanbulda terror aktı törətmək istəyənlər HƏBS EDİLDİ

Hazırda oxunan: İstanbulda terror aktı törətmək istəyənlər HƏBS EDİLDİ

88174

PKK terror təşkilatının rəhbərlərindən olan Murat Karayılanın tapşırığı ilə Türkiyənin İstanbul şəhərinə terror aktı törətmək üçün gələn “Seydo Botan Gever” ləqəbli Mehdi Mıhçı yaxalanıb.

Bizim.Media xəbər veri ki, terrorçunun tutulmaıs ilə bağlı məlumatı daxili işlər naziri Süleyman Soylu açıqlayıb.

Nazir qeyd edib ki, Murat Karayılanın göstərişi ilə İrandan Türkiyəyə keçən “Seydo Botan Gever” kod adlı Mehdi Mıhçı PKK-nın "xüsusi təyinatlıları"nın üzvü olub, terorrçulara partlayışlarla bağlı təlim keçib.

Mehdi Mıhçı İstanbulda PKK terror təşkilatına qarşı keçirilən əməliyyat zamanı saxta şəxsiyyət vəsiqəsilə yaxalanıb.

Terrorçu ilə birlikdə onunla cinayət əlaqəsində olan iki nəfər – Civan A. (26 yaş) və Kerem Ş. (43 yaş) saxlanılıblar.

Nazir uğurlu əməliyyat münasibətilə hüquq-mühafizə orqanlarının əməkdaşlarını təbrik edib. (Unikal)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO