İslam ölkələri Ermənistanın təxribatını PİSLƏDİ - İƏT-dən BƏYANAT

İslam ölkələri Ermənistanın təxribatını PİSLƏDİ - İƏT-dən BƏYANAT

Hazırda oxunan: İslam ölkələri Ermənistanın təxribatını PİSLƏDİ - İƏT-dən BƏYANAT

88160

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) avqustun 3-də Ermənistanın qanunsuz silahlı qüvvələrinin bir Azərbaycan əsgərinin şəhid olması ilə nəticələnən təxribatını pisləyib.

Bizim.Media xəbər verir ki, İƏT bununla bağlı yaydığı bəyanatda Azərbaycan, Ermənistan və Rusiya arasında 2020-ci il noyabrın 10-da əldə olunmuş razılaşmaya əsasən, rəsmi İrəvanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə və qanunsuz silahlı birləşmələri Azərbaycan ərazisindən çıxarmağa çağırıb.

Bəyanatda daha əvvəl Pakistanın paytaxtı İslamabadda keçirilən İƏT Xarici İşlər Nazirlərinin 48-ci sessiyasında qəbul edilmiş qərara toxunan bəyanatda bildirilir ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin qarşılıqlı tanınma, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində tanınmağa çağırış edilib.

Azərbaycan Müdafiə Nazirliyi avqustun 3-də qanunsuz erməni silahlı birləşmələrinin atəşi nəticəsində bir Azərbaycan əsgərinin şəhid olması barədə məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazidəki erməni silahlı bölmələri Laçın rayonu ərazisindəki Azərbaycan mövqelərini intensiv atəşə tutub.

Bəyanatda həmçinin həmin təxribat zamanı şəhid olan Azərbaycan əsgəri Anar Kazımovun ailəsinə və yaxınlarına başsağlığı verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO