Hayk Hajinazaryan Baydenin seçki kampaniyasında fəal iştirak edib.
ABŞ -ın yeni prezidenti Co Baydenin ermənipərəstliyi işə başlamamışdan özünü biruzə verib.
Bizim.Media Musavat.com-a istinadən bildirir ki, o, erməni əsilli Hayk Hajinazaryanı (Ike Hajinazarian) öz administrasiyasında Ağ Evin Regional Kommunikasiya Departamentinin rəhbəri təyin edib.
MÖVZU İLƏ BAĞLI:
ABŞ prezidentinin iti üçün xüsusi mərasim keçiriləcək
Hayk Hajinazaryan Baydenin seçki kampaniyasına qoşulmamışdan əvvəl Capitol Hill-də əvvəlcə İndiana ştatından senator Joe Donnelly-nin mətbuat köməkçisi, daha sonra Nümayəndələr Palatası Daxili Təhlükəsizlik Komitəsinin Çoxluq Heyətində Mətbuat Katibinin müavini vəzifələrində çalışıb.
Ohayo ştatının Columbus şəhərində, Livanlı-erməni immiqrant ailəsində anadan olub. İndiana Universiteti və Corc Vaşinqton Universitetinin Siyasi İdarəetmə fakültələrinin məzunudur.
Bizim.Media