Bayden ABŞ-da həbs edilən azərbaycanlının cinayət işini nəzarətə götürdü - FOTO

Bayden ABŞ-da həbs edilən azərbaycanlının cinayət işini nəzarətə götürdü - FOTO

Hazırda oxunan: Bayden ABŞ-da həbs edilən azərbaycanlının cinayət işini nəzarətə götürdü - FOTO

87358

ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan iran əsilli amerikalı jurnalist və hüquq müdafiəçisi Məsih Əlinejadla danışıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı xarici mətbuat yayıb.

MÖVZU İLƏ BAĞLI:

ABŞ-da azərbaycanlı cüdoçu həbs edildi - FOTO


Mənbə yazır ki, o, azərbaycanlı Xalid Mehdiyevin Nyu-Yorkda həbs olunması hadisəsindən sonra jurnalistin təhlükəsizliyindən narahatlığını bildirib.

Sallivan qeyd edib ki, bu cinayət işi bağlı yeniliklər daimi olaraq ABŞ prezidenti Co Baydenə çatdırılır:

“Ağ Ev öz vətəndaşlarını və dissidentləri İrandan gələn təhdidlərdən qoruyacaq və bunun üçün əlində olan hər vasitədən istifadə edəcək”.

Xatırladaq ki, ötən həftə 23 yaşlı Azərbaycan vətəndaşı Xalid Mehdiyev həbs edilib. O, ABŞ-da tanınmış iranlı dissident və qadın hüquqları uğrunda mübarizə aparan Məsih Əlinejadın Nyu-Yorkun Bruklin rayonundakı evinin qarşısında müşahidə aparırmış.

Onun avtomobilindən AK-47 avtomatı, tapança və patronla dolu iki maqazin aşkar edilib.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO