“Türkiyə G20 ölkələri arasında iqtisadi artımda liderdir” - Ərdoğan açıqladı

“Türkiyə G20 ölkələri arasında iqtisadi artımda liderdir” - Ərdoğan açıqladı

Hazırda oxunan: “Türkiyə G20 ölkələri arasında iqtisadi artımda liderdir” - Ərdoğan açıqladı

87348

Prezident Rəcəb Tayyib Ərdoğan Gebze İnformatika Vadisində keçirilən "Kocaeliyə dəyər qatan şəxslər - texnologiya və sənaye mərkəzi"nin mükafatlandırma mərasimində çıxış edib.

Bizim.Media xəbər verir ki, dövlət başçısı belə bir mühüm tədbirin təşkilinə görə Sənaye və Texnologiya Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.

Dövlət başçısı çıxışında İnformatika Vadisinin yüksək fəaliyyətini bu sözlərlə qeyd edib:

“Kocaeliyə dəyər qatan şəxslər artıq proqramın əhatə dairəsinə sığmır, onları Türkiyəyə dəyər qatan şəxslər adlandırmaq olar".

3 il əvvəl bu texnoparkda olduğunu xatırladan prezident bu illər ərzində inkişafı və əldə olunan nəticələri məmnunluqla vurğulayıb.

Ərdoğan əlavə edib ki, Türkiyə sabit iqtisadi artım göstərən nadir ölkələrdən biridir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO