İranlı siyasi fəallardan bəyanat: “Hökumət məcburi hicaba son qoymalıdır”

İranlı siyasi fəallardan bəyanat: “Hökumət məcburi hicaba son qoymalıdır”

Hazırda oxunan: İranlı siyasi fəallardan bəyanat: “Hökumət məcburi hicaba son qoymalıdır”

86765

İranda 21 siyasi və mədəni fəal avqustun 2-də məcburi hicabın siyasi nəticələri ilə bağlı birgə yaydıqları bəyanatda bildiriblər ki, ölkədə belə bir siyasətin həyata keçirilməsi başından bəri yanlış olub və hazırda da zaman keçdikcə hicab məcburiyyətinin yanlış siyasət olması özünü daha çox büruzə verir.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Azad İran” Telegram kanalı yayıb.

Zəhra Rəhnəvərd, Faizə Haşimi Rəfsəncani, Mustafa Taczadə, Əhməd Müntəziri kimi siyasi və mədəni fəallar tərəfindən imzalanan bəyanatda habelə vurğulanıb ki, məcburi hicab siyasəti faydasız və nəticəsi ağır olub və bu siyasət bir tərəfdən xalq və İslam dini arasında, digər tərəfdən isə xalq və hakimiyyət, habelə xalqın özü arasında ciddi problemlərə gətirib çıxarıb.
Xatırladaq ki, son həftələrdə sosial mediada İranın hökumət məmurlarının və mollaların hicabla bağlı qadınlara haqsız müdaxilələrinə dair çoxsaylı videolar yayılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO