İranda üç məhkumun gözü çıxarılacaq

İranda üç məhkumun gözü çıxarılacaq

Hazırda oxunan: İranda üç məhkumun gözü çıxarılacaq

86748

Tehranda dərc edilən "Hamshahri" qəzeti avqustun 2-də dərc edilən yazısında İranda 3 nəfərin kor edilməsi ilə bağlı hökmün icrası üçün Tehranın Cinayət Məhkəməsinə göndərildiyini yazıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya “Azad İran” Telegram kanalında yer alıb.

Qəzet, habelə qeyd edib ki, məhkəmənin sözügedən qərarı 1 qadın və 2 kişiyə aiddir və onlar qisas olaraq, gözlərinin kor edilməsi cəzasına məhkum ediliblər.

Məlumata görə, gözün çıxarılması cəzasına məhkum edilmiş qadın 11 il öncə başqa bir xanımla münaqişəyə girərək, onun üzünə kislota töküb və bu zaman qadının sağ gözü görmə qabiliyyətini itirib.

Daha sonra məhkəmə prosesində həmin qadın bunu qisas almaq üçün etdiyini deyib və zərərçəkən tərəfin tələbi və məhkəmənin qərarı ilə qisas, yəni sağ gözünün kor edilməsi cəzasına məhkum olunub. 
Hər üçün şəxsin gözlərinin kor edilməsi haqqında hökm birbaşa İranın Ali Məhkəməsi tərəfindən qüvvədə saxlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO