"Putinin güclü silahı var” – O, NATO-nu “cavab zərbəsi” ilə necə hədələyir?

Hazırda oxunan: "Putinin güclü silahı var” – O, NATO-nu “cavab zərbəsi” ilə necə hədələyir?

86348

Britaniyanın istefada olan generalı Saymon Mayall deyir ki, Putin Qərbə və NATO-ya qarşı hərbi əməliyyatlara başlamayacaq, çünki rusların əlində bütün Avropanı təşvişə salan “qaz silahı” var.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya “inosmi.ru” saytında yerləşdirilib.

O, Rusiya prezidenti Vladimir Putinin Qərbin iqtisadi sanksiyalarına necə cavab vermək niyyətində olduğunu izah edib. Generalın fikrincə, enerji müharibəsi baş tutacaq və qaz təchizatı silaha çevriləcək:

“Putin artıq “Şimal axını 1” vasitəsilə Aİ-yə qaz axınını 20% azaldaraq, ilk zərbəni vurub”.
Mayall “Times Radio”ya verdiyi müsahibədə deyib: “Ruslar açıq şəkildə NATO-nu məhv etmək və Qərb həmrəyliyini zəiflətmək üçün “qaz silahından” istifadə edirlər”.


Aİ-yə daha bir zərbə kimi, Rusiyanın dövlət enerji nəhəngi “Qazprom” “Şimal axını 1” boru kəməri ilə qazın həcmini 40%-dən 20%-ə endirmək qərarına gəlib. Adətən bu kəmər tam gücü ilə istifadə olunur, lakin hərbi münaqişə başlayandan “Qazprom” nəqlin gücünü 40%-nə endirib, indi isə onu daha da azaldıb. Bu, bütün Avropanı həyəcanlandırıb.

Aİ-nin energetika nazirləri fövqəladə qaz planı ilə bağlı razılığa gəliblər. Ötən həftə Avropa Komissiyasının sədri Ursula fon der Leyen bütün Avropa ölkələrini avqust ayından mart ayınadək qaz istehlakını 15%-dək azaltmağa çağırıb.

Lakin bu təklif hazırlanmış plana etiraz edən İtaliya və İspaniya kimi Cənubi Avropa ölkələrinin müqaviməti ilə üzləşib. Elektrik enerjisinin 60%-ni bərpa olunan mənbələrdən aldığı üçün Avropanın ən təmiz ölkəsi olan Portuqaliya təklifi qəbuledilməz adlandırıb və yalnız ehtiyac duyduğu qədər elektrik enerjisi istehlak etdiyini bildirib.

Mayall hesab edir ki, enerji və ərzaq cəbhəsində mübarizə aparan Vladimir Putin Aİ-ni iqtisadi sanksiyaları ləğv etməyə məcbur etmək istəyir.

Almaniyanın İqtisadiyyat naziri Robert Habek Putinin Avropa Birliyində nifaq salmaq cəhdlərini təkzib edib: “Siz bizi dalaşdıra bilməyəcəksiniz”.

Bununla belə, Aİ-nin qaz kəmərləri şəbəkəsi ilə az əlaqəsi olan İspaniya və Portuqaliyanın qaz istehlakının məcburi şəkildə azaldılması ilə bağlı narahatlıqları artır.

Yunanıstan bildirib ki, belə bir plan onun iqtisadiyyatı və əhalisi üçün çox ağır yük olacaq.

İşlətdiyi qazın 80%-ni Rusiyadan idxal edən Macarıstanın xarici işlər naziri Peter Szijjarto isə belə sual verib:

“Brüsseldə kimsə macarlara izah etsin ki, əgər Macarıstanda qaz varsa, niyə onlar və şirkətləri qazdan istifadə edə bilmirlər?”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO