“Conson NATO-nun yeni Baş katibi olmaq istəyirsə, özünü qadın kimi təqdim etməlidir

“Conson NATO-nun yeni Baş katibi olmaq istəyirsə, özünü qadın kimi təqdim etməlidir" - ZAXAROVA

Hazırda oxunan: “Conson NATO-nun yeni Baş katibi olmaq istəyirsə, özünü qadın kimi təqdim etməlidir" - ZAXAROVA

86337

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Böyük Britaniyanın səlahiyyət müddəti başa çatan baş nazirinin NATO-nun baş katibi seçilmək şansının olmaması ilə bağlı şayiələrə münasibət bildirib.

Bizim.Media “rossaprimavera.ru”ya istinadən xəbər verir ki, bu barədə o, jurnalistlərlə brifinq zamanı danışıb.

“Açıqlanmayan qaydalara görə, Alyansın növbəti baş katib qadın olmalıdır”, - deyə sözçü əlavə edib.

“Bunun üçün Boris Conson özünü qadın kimi təqdim etməlidir. Birincisi, bu, onun öz üslubudur. İkincisi, NATO ölkələri onlara uyğun olanı seçməlidir.

Üçüncüsü, NATO özünü qadın adlandıran insanlar arasından seçim etsə, belə şəxsi asanlıqla tapa bilər. Boris Consonun üslubu buna uyğun gəlir”, - diplomat yekunlaşdırıb.

Bir müddət əvvəl Brüsseldəki diplomatiya nümayəndəsi TASS-a müsahibəsində Boris Consonun NATO-nun baş katibi olmaq şansının olmadığını bildirmişdi.

“Əsas səbəb budur: NATO-da növbəti baş katib qadın olmalıdır. Özü də o şəxs yeni NATO ölkələrinin nümayəndəsi arasından seçilməlidir”, - diplomat bildirib.

Bundan əvvəl Böyük Britaniyanın baş naziri Boris Conson vəzifəsini tərk etdiyini açıqlamışdı. O, yeni baş nazir seçilənə qədər öz vəzifəsində çalışır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO