Rusiya ''Açıq Səma Müqaviləsi''ndən çıxır

Rusiya ''Açıq Səma Müqaviləsi''ndən çıxır

Hazırda oxunan: Rusiya ''Açıq Səma Müqaviləsi''ndən çıxır

8614

Rusiya ''Açıq Səma Müqaviləsin''dən çıxır.

Bizim.Media-nın məlumatına görə, bununla bağlı Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayıb.

"2020-ci il  noyabrın 22-də ABŞ uydurulmuş bəhanə ilə Açıq Səma Müqaviləsindən çıxıb.

Bununla da, Müqavilədə olan iştirakçı dövlətlərin maraqlarının tarazlığı, Müqavilənin etimadın və təhlükəsizliyin möhkəmləndirilməsində vasitə kimi rolu pozulub",- deyə bəyanatda bildirilir.

Bəyanatda qeyd olunur ki, Rusiya sözügedən Müqavilənin yeni şərtlərdə işləkliyini qorumaq üçün onun əsas müddəalarına uyğun olan konkret təkliflər irəli sürsə də, bu məsələyə ABŞ dəstək verməyib.

"Müqavilənin yeni şərtlər altında işləməsinə imkan verməyən maneələrin aradan qaldırılması istiqamətində irəliləyiş olmadığı üçün Rusiya Xarici İşlər Nazirliyi Rusiya Federasiyasının Açıq Səma Müqaviləsindən çıxması ilə bağlı daxili prosedurların başlandığını elan etmək səlahiyyətinə malikdir. Prosedurlar tamamlanan kimi tərəflərə bu barədə xəbərdarlıq göndəriləcək",- deyə XİN qeyd edib.

Qeyd edək ki, “Açıq Səma Müqaviləsi” 1992-ci ildə 24 ölkə arasında soyuq müharibədən sonra Avropada etimadın möhkəmləndirilməsi tədbiri kimi imzalanıb.

Hazırda sazişin 34 üzv-dövləti var. Müqavilə iştirakçı-ölkələrə bir-birlərinin silahlı qüvvələri və hərbi fəaliyyətləri haqda açıq informasiya toplamaq icazəsi verir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO