İran Husiləri silahlandırır - Səudiyyədən İTTİHAM

İran Husiləri silahlandırır - Səudiyyədən İTTİHAM

Hazırda oxunan: İran Husiləri silahlandırır - Səudiyyədən İTTİHAM

8578

“ABŞ-ın Yəməndəki vətəndaş müharibəsində mərkəzi hökumətə qarşı mübarizə aparan Husiləri “terror təşkilatı” elan etmə qərarı Yəmən məsələsinin siyasi həlli prosesinə mənfi təsir göstərəcək”.

Bizim.Media “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bu bəyanatla Rusiya xarici işlər naziri Sergey Lavrov Səudiyyə Ərəbistanın XİN rəhbəri Faysal bin Fərhan Əl-Səudla Moskvada görüşün ardından təşkil olunan mətbuat konfransında çıxış edib.

Yəmən məsələsinə toxunan Lavrov bu ölkədə yeni hökumətin qurulmasını müsbət qarşılayıb:

“Birləşmiş Millətlərin Yəməndəki Husilərin silahlı “Ənsarullah” qruplaşması ilə siyasi problemlər barədə dialoq qurmaq istiqamətindəki təşəbbüslərini dəstəkləyirik. Dialoq prosesinə mane olmaq istəyənlər var”.

Lavrov ABŞ-ın Husiləri “terror təşkilatı” elan etmə qərarına da münasibət bildirib:

“Siyasi prosesin zərər görməsini istəmirəm. Ancaq Birləşmiş Millətlər təmsilçiləri də daxil olmaqla, bir çoxumuz mənfi təsirlərin formalaşa biləcəyindən narahatıq”.

Faysal bin Fərhan Əl-Səud isə sözügedən qərarın siyasi prosesə Yəməndəki Husilərin aksiyaları qədər təsir etməyəcəyini bildirib.

“Husilər mütəmadi olaraq həll prosesini baltalayır. Bunların aksiyaları İran tərəfindən dəstəklənir. İran da daxil olmaqla, xarici güclər Yəməndəki Husilərə ballistik raketlər və silahlar göndərir”,- deyə o, əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO