Bu vərdişlər sizin ömrünüzü uzadacaq - DUA

Bu vərdişlər sizin ömrünüzü uzadacaq - DUA

Hazırda oxunan: Bu vərdişlər sizin ömrünüzü uzadacaq - DUA

8576

ABŞ alimləri ömrü uzadan vərdişin adını açıqlayıblar.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, elm adamları bu barədə maraqlı tədqiqat aparıblar.

Tədqiqat 66 - 81 yaş arasındakı iki qrup könüllülər üzərində aparılıb. Birinci qrupa hər gün meditasiya etmək tapşırığı verilib.

Meditasiya edənlər mütləq şəkildə rahat bir vəziyyətdə oturub, fikirlərini cəmləşdirib, nəfəslərini tarazlamalı idilər. Könüllülər belə vəziyyəti 15-20 dəqiqə davam etdiriblər. Alimlər 3 aydan sonra meditasiyanın təsirini açıqlayıblar. Könüllülərin ümumi qan təzyiqi normallaşıb. 

Bu, meditasiya etməyən digər qrupda baş verməyib. Mütəxəssislər həmçinin bu prosedurlardan sonra orqanizmdə bir müsbət dəyişiklik olduğunu da qeyd ediblər. Birinci qrupdan olan könüllülərdə həm də ürək-damar xəstəliklərindən ölmə ehtimalı % 30 azalıb. 

Alimlər meditasiyanın stresi azaltdığını və narahatlıq hisslərini təsirsiz hala gətirdiyini qənaətinə gəliblər.

Mediatsiyanın isə müxtəlif təlimləri var. Əslində bu dua etmək kimi bir şeydir. Özünü kainatın bir hissəsi hesab edərək onunla harmoniyaya girirsən.

Yoq təlimləri, namaz, buddaların təcrid olunma fəlsəfəsi də meditasiyaya aiddir. Əsas məsələ ətraf mühitdən ayrılmağı bacarmaq, qayğıları, təşvişə salan hislərdən uzaqlaşmağı bacarmaqdır.

Vüsalə Balayeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO