"Yeralaş" ın bədii rəhbəri Boris Qraçevski həyatının 72-ci ilində vəfat edib.
Bizim.Media xəbər verir ki, bunu "İnterfaks" a onun dostu, artist Vladimir Dolinski bildirib.
"Yeralaş" uşaq kinojurnalının rejissoru, ssenaristi və bədii rəhbəri Boris Qraçevski dekabrın 27-də koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
2 gün sonra reanimasiyaya köçürülüb. Yanvarın 7-də isə süni nəfəs aparatına qoşulub.
Yanvarın 11-də isə onun vəziyyəti kəskin pisləşməyə başlayıb. Bundan sonra ona kömək etmək mümkün olmayıb.
Xatırladaq ki, Boris Qraçevski sovet mədəniyyətinin tanınmış simalarından olub. Karyerasına idarəçi və çəkiliş qrupunun direktoru kimi başlayıb. O, 1974-ci ildə dramaturq Aleksandr Xmelik ilə birlikdə "Yeralaş" uşaq yumoristik kinojurnalının əsasını qoyub.
Qraçevski kinojurnal üçün 11 ssenari yazıb.
O, həmçinin bir neçə sənədli və bədii film çəkib. Boris Qraçevski 2017-ci ildən "Karusel" telekanalında uşaq KVN münsiflər heyətinin üzvü olub və müxtəlif TV layihələrində iştirak edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:27 / 15.01.2021
“Yeralaş”ın bədii rəhbəri vəfat edib
Hazırda oxunan: “Yeralaş”ın bədii rəhbəri vəfat edib
Hazırda oxunan: “Yeralaş”ın bədii rəhbəri vəfat edib
8544
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.