Bakıya uçan avstraliyalı yazıçı AZAL-ın təyyarəsini təriflədi – VİDEO

Bakıya uçan avstraliyalı yazıçı AZAL-ın təyyarəsini təriflədi – VİDEO

Hazırda oxunan: Bakıya uçan avstraliyalı yazıçı AZAL-ın təyyarəsini təriflədi – VİDEO

85167

“Airbus A340-500 çox nadir bir təyyarədir. Ümumilikdə 34 layner istehsal edilərək təhvil verilib. Hələ də uça biləcəyiniz yalnız 1 aviaşirkət var ki, o da Azərbaycan Hava Yollarıdır”.

Bizim.Media xəbər verir ki, bu fikirləri özünün Youtube kanalında Honq-Konq və avstraliyalı videobloger, fotoqraf və yazıçı Sem Çui səsləndirib.

“Bu video mənim 2016-cı ildə Azərbaycan Hava Yollarına (AZAL) məxsus A340-500 təyyarəsi ilə Dubaydan Bakıya uçuşumu göstərir”, deyə o, qeyd edib.

Yazıçı, həmçinin cari marşrutu və A340-500 təyyarəsində necə uçduğu haqda söz açır.
“6 ildən sonra yenidən Azərbaycan Hava Yollarının A320 təyyarəsi ilə Dubaydan Bakıya uçdum. AZAL-ın laynerində Bakının görməli yerləri haqda informasiya əldə etdim”, deyə videobloger yekunlaşrıb.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO