Azərbaycan xalq artistinin həyat yoldaşının konsertinə Almaniyada ETİRAZ

Azərbaycan xalq artistinin həyat yoldaşının konsertinə Almaniyada ETİRAZ

Hazırda oxunan: Azərbaycan xalq artistinin həyat yoldaşının konsertinə Almaniyada ETİRAZ

85156

Almaniyanın Regensburq şəhərinin sakinləri rusiyalı opera müğənnisi, Azərbaycan xalq artisti Yusif Eyvazovun həyat yoldaşı Anna Netrebkonun festivalda çıxışına etiraz ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı BR24 nəşri yayıb.

“Rus opera ulduzunun konsertindən əvvəl kiçik etiraz aksiyaları keçirildi, təxminən 30 nəfərdən ibarət qrup sarayın girişinin qarşısına toplaşdı”, deyə mənbə qeyd edib.

Aksiya iştirakçıları “Xeyriyyə konsertləri Ukraynada keçirilsin” yazısı olan plakatları havaya qaldırıblar. Etirazçılar həmçinin soruşublar ki, Netrebko niyə Nyu York və ya Ştutqartda deyil, Regensburqda oxuyur.

Bundan əvvəl Netrebkonun Valeri Meladze ilə İtaliya festivalında çıxış edəcəyi məlum olub.

Netrebko və Yusif Eyvazovun iştirakı ilə keçiriləcək konsertin biletlərinin qiyməti 650-1,5 min avro arasında dəyişir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO