Ərdoğan:

Ərdoğan: "Dünyada aclıq təhlükəsinin qarşısını almağa çalışırıq" - VİDEO

Hazırda oxunan: Ərdoğan: "Dünyada aclıq təhlükəsinin qarşısını almağa çalışırıq" - VİDEO

84975

“Bu gün əldə etdiyimiz razılıqla dünyada aclıq təhlükəsinin qarşısının alınmasına töhfə vermiş olacağıq”.

Bizim.Media xəbər verir ki, bu sözləriTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan taxıl dəhlizinə dair sazişin imzalanma mərasimində deyib.

“Cənab Putin və cənab Zelenskiyə təşəkkür edirəm. Təəssüf ki, 4 ay əvvəlki İstanbul görüşündən sonra savaş daha da gərginləşdi. Əvvəldən bəri deyirik ki, müharibənin qalibi olmayacaq. Müharibə bütün bəşəriyyətə mənfi təsir göstərir. Günahsızların ölümü bahasına başa gələn müharibənin dayanmasını istəyirik. Bugünkü razılığın sülhə töhfə verməsini arzu edirəm”, - deyə ərdoğan vurğulayıb.

Qeyd edək ki, bu gün İstanbul şəhərində Türkiyə, Rusiya, BMT və Ukrayna arasında taxıl dəhlizinə dair saziş imzalanıb.

Sazişi Türkiyənin müdafiə naziri Hulusi Akar, onun rusiyalı həmkarı Sergey Şoyqu, BMT Baş katibi Antoniu Quterreş, Ukraynanın infrastruktur naziri Oleksandr Kubrakov imzalayıb.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO