Kanadanın Ontario ştatı ilə Amerika Birləşmiş Ştatlarının Nyu-York ştatı arasında yerləşən Niaqara şəlaləsi Azərbaycanın dövlət bayrağının rənglərinə bürünüb.
Bizim.Media xəbər verir ki, bu, 18 oktyabr – Azərbaycanın Müstəqilliyi Gününün 29 illi münasibətilə təşkil edilib.
Niaqara şəlaləsinin Azərbaycan bayrağının göy, qırmızı və yaşıl rənglərinə boyanması Amerika Orta-Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin səyləri nəticəsində baş tutub.
Dünyanın ən məşhur şəlalələrindən olan Niaqaranın suları 51 metr yüksəklikdən tökülür, eni isə 790 metrdir.