Afrikadakı tədbirlər “Azerspace-1” peykindən yayımlandı

Afrikadakı tədbirlər “Azerspace-1” peykindən yayımlandı

Hazırda oxunan: Afrikadakı tədbirlər “Azerspace-1” peykindən yayımlandı

84532

“Azərbaycan Respublikasının Kosmik Agentliyi” (Azərkosmos) əməkdaşlıq etdiyi qlobal media yayım şirkətləri ilə birgə Afrika regionundakı beynəlxalq idman oyunlarını “Azerspace-1” peyki üzərindən yayımlayır.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, 2022-ci ilin birinci yarımili ərzində Afrika regionuna daxil olan ölkələrdə keçirilən Beynəlxalq Otüstü Hokkey Federasiyasının (FIH) kişi hokkeyi üzrə yarışları, Afrika Basketbol Liqası, Bundesliqa, Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası‎ (FİFA) və “La Liqa”nın oyunlarının ən maraqlı anları Afrika, eləcə də digər qitələrdəki milyonlarla televiziya tamaşaçısına “Azerspace-1” peyki vasitəsilə yüksək keyfiyyətdə və fasiləsiz olaraq çatdırılıb.

Qeyd edək ki, Azərbaycanın telekommunikasiya peykləri – “Azerspace-1” və “Azerspace-2” peykləri Afrika qitəsini əhatə etməklə qitənin 2/3 hissəsinə internet və yayım xidməti göstərir.

Bu xidmətlər Azərkosmos və “Globecast”, “İKO Media”, “Telemedia”, “Bagira Group” və bu kimi digər qlobal media şirkətləri ilə əməkdaşlıq sayəsində təqdim olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO