ABŞ-dan sonra Rusiyanın baş kəşfiyyatçısı da İrəvana gedir – SƏBƏB NƏDİR?

ABŞ-dan sonra Rusiyanın baş kəşfiyyatçısı da İrəvana gedir – SƏBƏB NƏDİR?

Hazırda oxunan: ABŞ-dan sonra Rusiyanın baş kəşfiyyatçısı da İrəvana gedir – SƏBƏB NƏDİR?

84275

Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bu gün İrəvana səfər edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Mənbə yazır ki, Narışkin Ermənistanın ali rəhbərliyinin nümayəndələri ilə görüşəcək. Qeyd edək ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Uilyam Berns ötən həftə Ermənistana elan olunmamış səfər edib.
 

MÖVZU İLƏ BAĞLI:

Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru İrəvanda ruslarla GİZLİ GÖRÜŞ keçirib? 


Erməni politoloq Beniamin Poqosyan mövzu ilə bağlı “Azadlıq” radiosunun erməni nəşrinə açıqlamasında bildirib ki, Uilyam Bernsin İrəvana səfərinin məqsədi Ermənistanla bağlı olmayıb.

“Mən MKİ-nin, daha çox bu agentliyin direktorunun funksiyalarını təsəvvür etdiyimə görə deyə bilərəm ki, çətin ki, Ermənistanla bağlı hər hansı problem onu (MKİ direktorunu) Ermənistana səfərə məcbur etsin. 

Ən azından Ermənistanla bağlı problemlər, istər Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi, istər Ermənistan-Azərbaycan münasibətləri, istərsə də Cənubi Qafqazda regional hadisələr MKİ direktorunun səfərinin əsas səbəbi ola bilməz”, deyə politoloq qeyd edib.
Politoloq istisna etmir ki, Uilyam Berns Ukrayna ətrafında cərəyan edən hadisələri Rusiya rəsmiləri ilə müzakirə etmək üçün Rusiya tərəfi ilə gizli görüş üçün Ermənistanda olub.

66 yaşlı amerikalı məmur 2005-2008-ci illərdə ABŞ-ın Rusiyadakı səfiri olub. Onun İrəvana cümə günü gəlişi barədə ilk olaraq Rusiya dövlət mediası öz diplomatik mənbələrinə istinadən xəbər yayıb və Ermənistanın dövlət idarələri saatlarla xəbəri nə təsdiq, nə də təkzib ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO