Ukrayna Rusiyanın iki sursat anbarını məhv etdi

Ukrayna Rusiyanın iki sursat anbarını məhv etdi

Hazırda oxunan: Ukrayna Rusiyanın iki sursat anbarını məhv etdi

84167

Xerson vilayətində Ukrayna Silahlı Qüvvələrinin aviasiyası sursat təchizatı məntəqəsinə və Rusiya hərbçilərinin cəmləşdiyi yerə atəş açıb. Nikolayev rayonunda silah-sursat anbarları məhv edilib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Cənub” Əməliyyat Komandanlığı yayıb.

Qeyd olunur ki, Ukrayna aviasiyası Blaqodatnı və Davıdov Brod ərazilərinə zərbələr endirib.

Günün nəticələrinə əsasən Rusiya ordusunun cənubdakı itkiləri belədir: 

36 hərbçi, 2 özüyeriyən "Shell" zenit-raket və silah sistemi, strateji və əməliyyat stansiyalarının 3 rabitə vasitəsi, 11 ədəd zirehli və avtomobil texnikası, 2 sursat anbarı. Mənbə yazır ki, Rusiya hərbçiləri müdafiə xətlərini təchiz etməyə çalışır, ancaq Ukrayna Silahlı Qüvvələrinin raket və artilleriya zərbələrinə görə fəaliyyətləri məhdudlaşır.
“Düşmən iki dəfə Xersonun şimalında azad edilmiş ərazilərə hava zərbəsi endirməyə cəhd edib, lakin cavab atəşindən sonra dərhal geri çəkilib”, deyə mesajda vurğulanıb

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO